Prezident Rəcəb Tayyib Ərdoğan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə təkbətək görüşüb.

1778614
Prezident Rəcəb Tayyib Ərdoğan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə təkbətək görüşüb.

Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasında  “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə təkbətək görüşdü” deyilib.

BƏƏ-nin rəsmi agentliyi "WAM"-da yer alan xəbərdə Ərdoğan və bin Zayidin paytaxt Əbu-Dabidəki Əl-Vətən sarayında görüşdüyü bildirilib.

Görüşdə ikitərəfli əməkdaşlıq, eləcə də regional hadisələr müzakirə edilib.

Xəbərə görə, Bin Zayed Prezident Ərdoğanla görüşündə bu mühüm səfərin əməkdaşlığın və ortaq işlərin gücləndirilməsində yeni firavan dövrün qurulmasının başlanğıcı olmasını arzuladığını bildirib.

Regional sülh və əməkdaşlıq istiqamətində atılacaq hər bir addımı alqışlayacaqlarını ifadə edən bin Zayed ölkəsinin bölgədəki müxtəlif çətinliklərlə ortaq mübarizə üçün Türkiyə ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr