Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyanın dəvətilə 2 günlük rəsmi səfər üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib

1778466
Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri səfəri

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyanın dəvətilə 2 günlük rəsmi səfər üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

  R.T.Ərdoğanı Abu Dabi Beynəlxalq Havalımanında BƏƏ-nin Federal naziri Danı ibn Əhməd əl-Zeyouidi, Türkiyənin bu ölkədəki səfiri Tuqay Tunçer və Dubaydakı Baş konsulu Mustafa İlker Kılıç qarşılayıb.

  Daha sonra Dövlət Aparatı Qəsr əl-Vətənə keçən Türkiyə prezidenti burada vəliəhd şahzadə əl-Nəhyan tərəfindən rəsmi mərasimlə qarşılanıb və iki lider rəsmi təkbətək görüşüblər.

  Qeyd edək ki, Türkiyə prezidentinin görüşləri çərçivəsində reallaşdıracağı digər görüşlərdə də iki ölkə arasındakı əlaqələr və əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzularla yanaşı, barış və sabitliyin təsisi və qorunması təməlində regional və beynəlxalq proseslərin müzakirə olunması gözlənilir.

  Türkiyə və BƏƏ arasındakı bağların gücləndirilməsi məqsədi daşıyan müqavilələrin imzalanacağı görüşlərdən sonra Ərdoğan “EXPO 2020 Dubai” beynəlxalq sərgisi və 15 Fevral Türkiyə Günlərində iştirak edəcək.



Әlaqәli Xәbәrlәr