Yanvar ayında keçirilәn әmәliyyatlar nәticәsindә 316 terrorçu zәrәrsizlәşdirilib

Türkiyә Silahlı Qüvvәlәrinin yanvarın 1-dәn etibarәn hәyata keçirdiyi 18 әmәliyyat nәticәsindә 316 terrorçu zәrәrsizlәşdirilib.

1776584
Yanvar ayında keçirilәn әmәliyyatlar nәticәsindә 316 terrorçu zәrәrsizlәşdirilib

Türkiyә Silahlı Qüvvәlәrinin yanvarın 1-dәn etibarәn hәyata keçirdiyi 18 әmәliyyat nәticәsindә 316 terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә Milli Müdafiә Nazirliyinin rәsmisi Pınar Kara mәlumat verib. Mәlumatda bütün terror tәşkilatlarına qarşı qәtiyyәtli mübarizәnin davam etdirildiyi bildirilib.

Terrorla mübarizә çәrçivәsindә keçirilәn әmәliyyatlarla bağlı mәlumat verәn Pınar Kara deyib: ‘‘Yanvarın 1-dәn etibarәn 5-i irimiqyaslı olmaqla 18 әmәliyyat hәyata keçirilib.Әmәliyyatlar nәticәsindә 316 terrorçu zәrәrsizlәşdirilib’’.

Pınar Kara qeyd edib ki, 2015-ci ilin iyul ayından etibarәn hәyata keçirilәn әmәliyyatlar nәticәsindә 33 min 584 terrorçu zәrәrsizlәşdirilib.

Pınar Kara İraq vә Suriyanın şimalında yerlәşәn vә terrorçular tәrәfindәn baza olaraq istifadә edilәn Derik, Sincar vә Karacak bölgәlәrindәki terror yuvalarına qarşı ‘‘Qış Qartalı’’ hava әmәliyyatının hәyata keçirildiyini deyib.

Pınar Kara әmәliyyat zamanı terrorçulara mәxsus 80-dәk hәdәfin әsasәn yerli vә milli silahlarla vurulduğunu bildirib.Әmәliyyatlar zamanı  terror tәşkilatlarına ağır zәrbәlәrin endirildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr