Bodrum sahillərində qanunsuz mühacirlər xilas edilib

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində 38 qanunsuz miqrant xilas edilib.

1775757
Bodrum sahillərində qanunsuz mühacirlər xilas edilib

Muğla vilayətinin Bodrum qəsəbəsi sahillərində 38 qanunsuz miqrant xilas edilib.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Bodrum qəsəbəsi sahillərində müxtəlif vaxtlarda fiber qayıqlarda və xilasedici qayıqlarda qanunsuz mühacirlərin olduğu xəbərindən sonra qruplar bölgələrə istiqamətləndirilib.

Yunanıstan sahil mühafizə xidməti tərəfindən Türkiyə ərazi sularına göndərildiyi sübut edilən iki xilasedici qayıqdakı 23 qanunsuz mühacir ilə mühərrikindəki nasazlıq nəticəsində sahilə sürüklənən qayıqda olan 15 mücahir xilas edilib.

Qanunsuz mühacirlər əməliyyatların ardından Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr