Mövlud Çavuşoğlu  Putinin Türkiyəyə səfəri ilə əlaqədar açıqlama verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəliş tarixi Rusiya lideri Pekin Olimpiadasından qayıtdıqdan sonra müəyyənləşəcək.

1769397
Mövlud Çavuşoğlu  Putinin Türkiyəyə səfəri ilə əlaqədar açıqlama verib

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gəliş tarixi Rusiya lideri Pekin Olimpiadasından qayıtdıqdan sonra müəyyənləşəcək.

Çavuşoğlu Mərkəzi Afrika Respublikasının Xarici İşlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Sylvie Baipo Temon ilə paytaxt Ankarada görüşdükdən sonra birgə mətbuat konfransı keçirib.

Görüşdə Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvətini qəbul edən Putinin səfəri ilə bağlı məlumat verərk deyib ki, Strateji Əməkdaşlıq Görüşü üçün Ərdoğan Putini Türkiyəyə dəvət etdi. Yanvar ayı uyğun gəlmədi. Kreml Putinin Pekin Olimpiadasından qayıtdıqdan sonra tarixin veriləcəyini açıqladı.

Çavuşoğlu Rusiya-Ukrayna gərginliyi ilə bağlı isə bunları deyib:

"Dəfələrlə fikirlərimizi bölüşdük. Dedik ki, belə bir gərginlik münaqişəyə çevrilməməlidir. Arzumuz bu dialoqun davam etməsidir".

Ermənistanla başladılan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesinin etimad yaradan addımlarla davam etdiyini deyən Çavuşoğlu bu çərçivədə Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünü Rusiyanın paytaxtı Moskvada keçirdiklərini xatırladıb.

Çavuşoğlu bildirib ki, xüsusi nümayəndələr təmasdadır və növbəti görüşün harada və nə vaxt keçiriləcəyinə birlikdə qərar verəcəklər.

Antalya Diplomatiya Forumuna dəvət etdikləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun xüsusi nümayəndəsi Ruben Rubinyanın foruma qatılacağını qeyd edən Çavuşoğlu forumda iştirakdan məmnun olacaqlarını bildirib.

"Bu, həm də etimad quruculuğu addımlarının bir hissəsi olardı" deyə Çavuşoğlu qeyd edib.



Әlaqәli Xәbәrlәr