Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝri yanvarın 14-dǝ görüşǝcǝk
Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝrinin görüşü yanvarın 14-dǝ Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝrinin görüşü yanvarın 14-dǝ Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Bu barǝdǝ Xarici İşlǝr Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib. Mǝlumatda deyilir: ‘‘Türkiyǝ ilǝ Ermǝnistanın xüsusi nümayǝndǝlǝrinın ilk görüşü 2022-ci ilin 14 yanvar tarixindǝ Moskvada keçirilǝcǝk’’.
Türkiyǝnin Vaşinqtondakı sǝfiri Serdar Kılıç dekabrın 15-dǝ ölkǝnin Ermǝnistanla münasibǝtlǝrin normallaşdırılması üzrǝ xüsusi nümayǝndǝsi vǝzifǝsinǝ tǝyin edilmişdi.
Qeyd edǝk ki, Ermǝnistan parlamentinin sǝdrinin müavini Ruben Rubinyan da ölkǝsinin Türkiyǝ ilǝ münasibǝtlǝrin normallaşdırılması üzrǝ xüsusi nümayǝndǝsi postuna tǝyin olunmuşdu.
Әlaqәli Xәbәrlәr
Bir sıra ölkənin səfirləri etimadnamələrini Türkiyə prezidentinə təqdim etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 ölkənin Türkiyədəki səfirini qəbul edib.