Mustafa Şentop Polşaya səfər edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop onu müşayiət edən parlament nümayəndə heyəti ilə Polşanın paytaxtı Varşavaya gedib.

1741072
Mustafa Şentop Polşaya səfər edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop onu müşayiət edən parlament nümayəndə heyəti ilə Polşanın paytaxtı Varşavaya gedib.

M.Şentop Polşa Parlamentində (Seym) olacaq və həmkarı Elzbieta Vitek ilə görüşəcək, daha sonra isə, Polşa Prezidenti Anjey Duda tərəfindən qəbul ediləcək.

Məclis sədri Polşa Senatının sədri Tomaş Qrodzki ilə də görüşəcək,  Polşa Parlamentinin sədri Vitek tərəfindən onun və onu müşayiət edən heyətin şərəfinə verilən şam yeməyinə qatılacaq.

Türkiyə Böyük Millət Məclisinin sədri M.Şentop səfərinin son günündə Polşa-Türk İş Adamları Dərnəyi (POTİAD) və Türkiyə-Polşa Mədəni Həmrəylik Dərnəyinin (TÜRKPOL) nümayəndələrini qəbul edəcək.



Әlaqәli Xәbәrlәr