“Bunu qəbul etdirənə qədər mübarizə sürəcək”, S.Y.Kıran

Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Fransanın paytaxtı Parisdə türk qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrilə görüşüb

1735469
“Bunu qəbul etdirənə qədər mübarizə sürəcək”, S.Y.Kıran

 

  Türkiyənin Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Fransanın paytaxtı Parisdə türk qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrilə görüşüb.

  Türkiyənin Fransa Səfirliyində təşkil edilən tədbirdə səfir Əli Onaner, Baş konsul Sərdar Belentepe və çox sayda QHT üzvləri iştirak edib.

  Y.S.Kıran burada etdiyi çıxışında deyib: “Avropada yüksələn İslam, xarici vətəndaş və türk əleyhdarlığına qarşı söz və hərəkətlərdən daha çox o ölkədə yaşayan türklər təsirlənir. Səfirliyimiz, baş konsulluqlarımız, türk təşkilatlarımız ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu təhdidlərlə mübarizədə hansı addımların atılmalı olduğuna dair işlər görür.

  Ərdoğan və Xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarları ilə görüşlərində xaricdə yaşayan vətəndaşlarımızın problemlərini prioritet mövzu kimi gündəmə gətirirlər.

  Türkiyə vətəndaşları dünyanın harasında olursa olsun, olduqları ölkənin təməl ünsürləridir. Bunu qəbul etdirənə qədər mübarizə sürəcək”.



Әlaqәli Xәbәrlәr