Prezident Ərdoğan "TRT World Forum"a videomüraciət ünvanlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan "Bütün məzlumlar və qurbanlar adına apardığımız mübarizəmizi daha yüksək səviyyəyə qaldırmaqda qətiyyəliyik" deyib.

1721902
Prezident Ərdoğan "TRT World Forum"a videomüraciət ünvanlayıb

"Bütün məzlumlar və qurbanlar adına apardığımız mübarizəmizi daha yüksək səviyyəyə qaldırmaqda qətiyyəliyik".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT World Forum 2021"-ə ünvanladığı videomüraciətində deyib.
Dövlət başçısı insanlığın bir müddətdir iqtisadi, sosial, siyasi və insani ölçüləri olan ciddi sağlamlıq böhranı ilə mübarizə apardığını xatırladaraq, bu prosesdə baş verənlərin artıq dünyada heç bir şeyin keçmişdəki kimi olmadığını göstərdiyinə diqqət çəkib.

Prezident Ərdoğan bütün bəşəriyyətin gələcəyini təhdid edən bu böhran qarşısında dünyada sülhün və ədalətin təmin edilməsindən məsul olan qurumların bir daha uğursuzluğa düçar olduğunu ifadə edib: "İnkişaf etməmiş ölkələr və yoxsul cəmiyyətlər taleyinə buraxıldı. Ticarətdə himayətçilik artdı, tədarük zəncirlərində qırılmalar oldu. İqtisadi problemlərlə birlikdə qərb ölkələrində nifrət cinayətləri qorxunc həddə çatdı".

Ərdoğan "Avropalı siyasətçilər cəmiyyəti eynilə bir xərçəng hüceyrəsi kimi əhatə edən İslamofobiya ilə mübarizə aparmaq əvəzinə bunu istismar etməyin, siyasi maraqları üçün istifadə etməyin, seçkidə səs toplamağın hesabını güdür" deyib.

Dünyadakı mövcud sistemin uzun müddətdir ədalət və sabitlik yaratmadığına işarə edən Ərdoğan "İslam dünyasının söz sahibi olmadığı, Afrikanın, Latın Amerikasının və Cənubi Asiyanın tələblərinin nəzərə alınmadığı yalnız hakimiyyəti əlində saxlayan beş ölkənin maraqları nəzərə alınmaqla bu sistem hazırdakı quruluşu ilə davam edə bilməz. Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq qurumlarda islahatlara olan ehtiyac artıq gözardı edilə bilməz" deyə vurğulayıb.

Türkiyənin bu islahat ehtiyacını illərdir "Dünya beşdən daha böyükdür" sözlərilə ifadə etdiyini xatırladan Ərdoğan bunları söyləyib:

"Bütün məzlumlar və qurbanlar adına apardığımız bu mübarizəni daha yüksək səviyyəyə qaldırmaq əzmindəyik".

Ərdoğan insanları mərkəzdə saxlayan, ədaləti və haqqı ön plana çıxaran, güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu qlobal bir nizam qurulanadək mübarizələrini davam etdirəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr