Xaricdəki Türklər və Əqrəba İcmaları idarəsi (YTB) hüquq tələbələrinə təqaüd verəcək

Xaricdəki Türklər və Əqrəba İcmaları idarəsinin (YTB) xaricdə hüquq fakültələrində təhsil alan Türk tələbələr üçün həyata keçirdiyi “Hüquq İxtisası" Təqaüdü üçün müraciətlər başlayıb.

1697106
Xaricdəki Türklər və Əqrəba İcmaları idarəsi (YTB) hüquq tələbələrinə təqaüd verəcək

 Xaricdəki Türklər və Əqrəba İcmaları idarəsindən (YTB) yayılan açıqlamada bildirilib ki, xaricdə hüquq təhsili alan  tələbələrə dəstək olmaq, yeni nəsil hüquqşünasların Türk ictimaiyyətinin hüquq mövzularına diqqətlərini cəlb etmək və ixtisaslaşmalarına töhfə vermək üçün təqaüdlər veriləcək.

Təqaüd proqramına daxil olan bakalavr, magistr və doktorant tələbələrinin yaşadıqları ölkənin Türk ictimaiyyətinin beynəlxalq hüquq, Avropa İttifaqı hüququ, insan hüquqları qanunu, əcnəbilər hüququ və inzibati hüquq ilə bağlı araşdırmalar, hesabatlar, məqalələr, hüquqi məlumatlar kimi ixtisaslı işlərə istiqamətləndirilmələri planlaşdırılır.

Orta təhsilini xaricdə almış 1991 -ci il yanvarın 1 -də və ya ondan sonra anadan olanlar təqaüd proqramına qəbul olunacaqlar.

Proqrama Almaniya, Avstriya, Belçika, Fransa və Hollandiya başda olmaqla ABŞ, Avstraliya, Danimarka, Finlandiya, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Kanada və Norveçdə hüquq təhsili alanlar müraciət edəbiləcəklər. Müraciətlər "basvuru.ytb.gov.tr" ünvanından 31 oktyabr 2021 -ci il tarixinədək qəbul ediləcək.

İstiyən “www.ytb.gov.tr/hukukbursu” ünvanından Proqram əsaslarına dair ətraflı məlumat əldə edəbilər.



Әlaqәli Xәbәrlәr