“Gürcüstanı ən düzgün qiymətləndirən Ərdoğan oldu”, D.Zalkaliani

Gurcüstanın “TV İmedi” televiziya kanalına müsahibəsində D.Zalkaliani deyib...

1652437
“Gürcüstanı ən düzgün qiymətləndirən Ərdoğan oldu”, D.Zalkaliani

 

  Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyənin ölkəsinin torpaq bütövlüyü və suverenliyinə, NATO və Avropa İttifaqı ilə inteqrasiyasına hər sahədə dəstək verdiyini söylədi.

  Gurcüstanın “TV İmedi” televiziya kanalına müsahibəsində D.Zalkaliani deyib: “Ölkəmizin baş naziri İraqlı Qaribaşvili Türkiyəyə 1 iyunda etdiyi rəsmi səfərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən paytaxt Ankarada yüksək səviyyədə qonaqpərvərliklə qarşılandı.

  Gürcüstan Türkiyə üçün etibarlı tərəfdaş ölkədir.

  Ərdoğan və Qaribaşvili iki ölkə arasındakı 1,5 milyard dollarlıq ticarət həcminin 3 milyard dollara çıxarılması üçün lazım olan təlimatları verdilər.

  Strateji ortağımız olan Türkiyə hər beynəlxalq platformada Gürcüstanın torpaq bütövlüyü və suverenliyinə, NATO və Aİ ilə inteqrasiyasına dəstək verir.

  Türkiyə-Gürcüstan-Azərbaycanla Bakı-Tiflis-Qars (BTK) dəmiryolu layihəsi kimi bir çox beynəlxalq layihələr reallaşdırırıq. Bu cür layihələr bölgənin təhlükəsizliyi baxımından da son dərəcə böyük əhəmiyyət daşıyır.

  Qaribaşvili ilə ortaq mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğuladı. Bununla Ərdoğan Gürcüstanın regional və beynəlxalq rolunu ən doğru şəkildə qiymətləndirdi”.



Әlaqәli Xәbәrlәr