Türkiyə İsrailin hücumunu pisləyib

Türkiyə İsrailin Qətər Qızıl Aypara Cəmiyyətinin Qəzzadakı ofisini bombalamasını və Şeyx Həməd İbn Xəlifə Əl Sani Xəstəxanasının bir hissəsinin dağılmasına səbəb olan hücumlarını qınayıb.

1641305
Türkiyə İsrailin hücumunu pisləyib

Xarici İşlər Nazirliyinin mətbuat katibi Səfir Tanju Bilgiç mövzu ilə əlaqəli ünvanlanan bir suala cavabən: “Beynəlxalq humanitar hüquq pozuntusu olan bu mənfur hücumlar nəticəsində həyatını itirənlərə Allahdan mərhəmət, yaralılara şəfa diləyir, dost və qardaş Qətər dövlətinə və xalqına başsağlığı veririk. beynəlxalq ictimaiyyəti İsrailin ayrı-seçkiliksiz və nisbətsiz gücdən istifadəsinin qarşısının alınması və beynəlxalq hüquq normlarına riayət etməsi üçün aparılan səylərini artırmağa dəvət edirik. İsrailin Qətər Qızıl Aypara Cəmiyyətinin Qəzzadakı qərargahını bombalamasını və Şeyx Həməd Bin Xəlifə Al Sani Xəstəxanasına hücumunu lənətləyirik”.



Әlaqәli Xәbәrlәr