“Türkiyənin “Covid-19”la mübarizəsi Qərbdə nümunə göstərilir”, R.T.Ərdoğan

Hasankeyf-2 körpüsünün açılış mərasiminə İstanbuldakı Huber köşkündən qatılan Ərdoğan deyib...

1623186
“Türkiyənin “Covid-19”la mübarizəsi Qərbdə nümunə göstərilir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni tip koronavirus (Covid-19) epidemiyası ilə mübarizəsinin həm Ümumdünya Səhiyyə Təşkilatı, həm Qərb mətbuatında nümunə kimi qiymətləndirildiyini vurğulayıb.

  Hasankeyf-2 körpüsünün açılış mərasiminə İstanbuldakı Huber köşkündən qatılan Ərdoğan deyib: “Sağlamlığı üçün artıq bizim vətəndaşımız xaricə getmir. Əksinə, əcnəbilər Türkiyəyə gəlir. Bu zaman yollarımıza, körpülərimizə, hava limanlarımıza da qibtə ilə baxırlar.

  Hər il yüz minlərlə xarici şəfasını Türkiyədəki xəstəxanalarda axtarıb tapır.

  Türkiyənin “Covid-19” epidemiyasıyla mübarizəsi həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Qərb mətbuat orqanlarında nümunə göstərilir. Dünyada 100-ə yaxın ölkənin hələ ilk peyvəndə belə çata bilmədiyi bu ağır zamanda bizim vətəndaşlarımız 20 milyon dozalıq peyvənd qəbul ediblər."



Әlaqәli Xәbәrlәr