Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç Cozef Baydeni təbrik edib
Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ-ın 46-cı prezidenti olaraq and içən Co Baydeni təbrik edib.
1568055
Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ-ın 46-cı prezidenti olaraq and içən Co Baydeni təbrik edib.
Serdar Kılıç "Twitter" hesabından verdiyi açıqlamada yanvarın 1-21-də vəzifələrinə başlayan ABŞ prezidenti Bayden və vitse-prezident Kamala Harrisi təbrik edib.
Kılıç paylaşımında "Ümid edirəm ki, yeni rəhbərlik regional və beynəlxalq sülhə və təhlükəsizliyə daha yaxşı xidmət göstərmək üçün yeni ittifaqlar qurarkən ABŞ-ın uzun müddətli müttəfiqləri ilə əlaqələrini möhkəmləndirmək niyyətini nümayiş etdirəcəkdir" ifadəsindən istifadə edib.