Türkiyә prezidenti: ‘‘Mövcud qlobal sistemin davam etmәsi mümkün deyil’’

Prezident İqamәtgahında tәşkil edilәn XII Sәfirlәr Konfransında çıxış edәn Türkiyә prezidenti sәfirlәrin bu il fövqәladә vәzifәlәri ilә yanaşı yeni növ koronavirus epidemiyası ilә mübarizә aparmaq mәcburiyyәtindә olduğunu deyib.

1524625
Türkiyә prezidenti: ‘‘Mövcud qlobal sistemin davam etmәsi mümkün deyil’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan mövcud qlobal sistemin davam etmәsinin mümkün olmadığını söylәyib.

Prezident İqamәtgahında tәşkil edilәn XII Sәfirlәr Konfransında çıxış edәn Türkiyә prezidenti sәfirlәrin bu il fövqәladә vәzifәlәri ilә yanaşı yeni növ koronavirus epidemiyası ilә mübarizә aparmaq mәcburiyyәtindә olduğunu deyib. Әrdoğan iqtisadi cәhәtdәn çox güclu olan ölkәlәrin sәhiyyә sisteminin nә dәrәcә zәif olduğunun görüldüyünü dilә gәtirib.

Çıxışında Liviya mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Şәrqi Aralıq dәnizindә hәr növ prosesin yükünü daşıyan ölkәmizin tәbii sәrvәtlәr mәsәlәsindә heçә sayılmasına razı olmayacaqdıq’’.

Azәrbaycanın işğal altındakı torpaqlarını azad etmәk üçün apardığı mübarizәyә dә toxunan dövlәt başçısı deyib: ‘‘Şuşanın işğaldan azad olunması ilə birgə sevincimiz və ümidlərimiz artıb. Dağlıq Qarabağdakı işğal sona çatanadәk mübarizә bayrağı enmәyәcәk’’.

İslamofobiyanın dövlәt rәhbәrliyi sәviyyәsindә dәstәklәndiyini bildirәn Әrdoğan vurğulayıb ki, İslamofobiya ilә mübarizә aparmaq hәm inancımızın, hәm dә xaricdәki vәtәndaşlarımıza qarşı olan mәsuliyyәtimizin bir tәlәbidir’’.

 



Әlaqәli Xәbәrlәr