Türkiyənin Vaşinqtondakı səfiri erməni qrupların türklərə məxsus kafeyə hücumunu qınayıb

Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ-ın Los Anceles şəhərinin Beverly Hills bölgəsində ekstremist erməni qruplarının türklərə məxsus şirkətə hücumunu qətiyyətlə qınadı.

1523101
Türkiyənin Vaşinqtondakı səfiri erməni qrupların türklərə məxsus kafeyə hücumunu qınayıb

Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç Amerika Birleşmiş Ştatlarının (ABŞ) Los Anceles şəhərinin Beverli Hils  bölgəsində ekstremist erməni qruplarının türklərə məxsus kafeyə hücumunu qətiyyətlə qınadı.

Kılıç, Twitter hesabındakı açıqlamasında “Beveri Hillsdə türk əsilli amerikalıya məxsus müəssisəyə edilən hücumu şiddət və nifrətlə qınayıram. Federal və yerli hakimiyyət orqanlarını Türk əsilli amerikalıların hüququnu qorumağa və cinayətkarları cəzalandırmağa səsləyirəm” deyə bildirib.

Serdar Kılıç “Türk əsilli amerikalı ictimaiyyət nümayəndələri də, hücuma məruz qalan qardaşları ilə mənəvi həmrəylik içərisində, irqçi cinayətə nifrət və ABŞ konstitusiyasının əsas qaydalarını pozan bu xain hücumun günahkarlarının aşkarlanaraq tezliklə cəzalandırılmasını gözlədiklərini bildirirlər” deyib.

Digər tərəfdən, Türkiyənin Los Ancelesdəki Baş Konsulluğunun rəsmi "Twitter" hesabından verilən açıqlamada “Beverli Hillsdə həmyerlimizə məxsus "Cafe İstanbul" adlı restorana dünən gecə edilən nifrət hücumundan sonra hadisə yerinə baş çəkdik, keçmiş olsun diləklərimizi çatdırdıq” deyə bildirilib.



Әlaqәli Xәbәrlәr