R.T.Әrdoğan Dayton sülh müqavilәsinin 25-ci ildönümü münasibәtilә bәyanat verib

Türkiyә  prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: "Avropada yaşayan  müsəlmanlar sistematik olaraq ayrı-seçkiliyə məruz qalır və hüquq ilə azadlıqları əllərindən alınır".

1519818
R.T.Әrdoğan Dayton sülh müqavilәsinin 25-ci ildönümü münasibәtilә bәyanat verib

Türkiyә  prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib: "Avropada yaşayan  müsəlmanlar sistematik olaraq ayrı-seçkiliyə məruz qalır və hüquq ilə azadlıqları əllərindən alınır".

Ərdoğan 1995-ci ilin 1 noyabr tarixində Bosniya və Herseqovinadakı müharibəni sona çatdıran Dayton sülh müqaviləsinin 25-ci ildönümü münasibətilə təşkil edilən ''Soyqırım: Srebrenitsadan alınan dərslər'' başlıqlı liderlər görüşünə videomesaj göndərib.

Avropanın mərkəzində yaşanan soyqırımın bəşəriyyət tarixinə qara ləkə kimi düşdüyünü bildirən Türkiyə prezidenti deyib: ''Üstündən uzun müddət keçməsinə baxmayaraq vəhşicəsinə öldürülən 8 min 372 bosniyalı qardaşımızın acısını bu gün də hiss edirik. Bu münasibətlə əziz şəhidlərimizi rəhmətlə yad edirik və soyqırım qurbanlarının kədərli ailələrinə başsağlığı veririk''.

Türkiyə prezidenti vurğulayıb ki, dünyaya insan hüquqları və demokratiya ilə bağlı dərs verən ölkələrdə  bu gün islamofobiya və ksenofofiya ciddi şəkildə yayılıb. Avropadakı müsəlmanlar sistematik olaraq ayrı-seçkiliyə məruz qalır. Bəşəriyyətin gələcəyini və fərqli inancların və mədəniyyətlərin birgəyaşayışını  təhdid edən bu yanlış irəliləyişə  indi" dayan "deyilməlidir. Holokost fəlakətinidən   sonra antisemitizmlə mübarizə aparıldığı kimi  İslamofobiya ilə bu gün də eyni şəkildə mübarizə aparılmalıdır.



Әlaqәli Xәbәrlәr