NATO-nun Baş katibi Türkiyәdә sәfәrdәdir

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyәyә etdiyi sәfәr çәrçivәsindә ilk olaraq xarici işlәr naziri Mövlud Çavuşoğlu ilә görüşüb.

1503043
NATO-nun Baş katibi Türkiyәdә sәfәrdәdir

 

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyәyә etdiyi sәfәr çәrçivәsindә ilk olaraq xarici işlәr naziri Mövlud Çavuşoğlu ilә görüşüb.

Heyәtlәr arasında baş tutacaq görüşdәn sonra tәrәflәr birgә mәtbuat konfransında çıxış edәcәklәr.

Mәlumata görә, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da Yens Stoltenberqi qәbul edәcәk.

NATO Baş katibinin Türkiyә Milli Müdafiә Nazirliyindә dә görüş keçirmәsi gözlәnilir. Görüşlәrdә Şәrqi Aralıq dәnizindәki proseslәr vә Yunanıstanın Naftex ilan etmәsinin müzakirә edilәcәk mövzular arasında olacağı bildirilib.

Stoltenberqin sabah Yunanıstana gedәrәk Afinada yüksәk vәzifәli rәsmilәri ilә görüş keçirmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr