Ərdoğandan həftəsonu ilə bağlı yeni qərar
Türkiyə prezidenti Ərdoğandan küçəyəçıxma məhdudlaşdırması şərhi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həftə sonu 14 böyükşəhər və Zonguldakda tətbiq olunacağı elan edilən komendant saatı - küçəyə çıxma məhdudlaşdırması ilə bağlı belə bir şərh paylaşıb: "15 rayonumuzu əhatə edən həftəsonu küçəyəçıxma məhdudlaşdırması tətbiqini ləğvetmə qərarı verdim. Vətəndaşlarımızdan tibbi maska, məsafə və təmizlik qaydalarına vasvasılıqla riayət etmələrini xahiş edirəm.
Səhiyyə Nazirliyimizin və Daxili İşləri Nazirliyimizin təklifləri ilə bu həftə sonu (6 və 7 iyun) 15 rayonumuzda küçəyəçıxma məhdudlaşdırması tətbiq olunacağı 4 iyunda elan olunmuşdu. Lakin vətəndaşlarımızın fikirlərini nəzərə alaraq bu qərarı yenidən nəzərdən keçirdik. 2,5 aylıq bir fasilədən sonra yenidən gündəlik həyatı tənzimləməyə başlayan vətəndaşlarımızın çətinliyə düşməsinə könlümüz razı olmadı”."
Әlaqәli Xәbәrlәr
“Yerli inkişaf təşəbbüsü ilə Anadolu zənginliklərini dünyaya tanıtmağa davam edirik”, M.F.Kacır
Avropa İttifaqı (Aİ) tərəfindən təsdiqlənən coğrafi işarəli məhsul sayının 28-ə yüksəldi