"Kıbrıs (Kpir) ətrafındakı sərvətlər ədalətl şəkildə bölüşülməlidir", M.Çavuşoğlu
Xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində Türkiyənin daxil olmadığı heç bir razılaşmanın etibarlı olmadığını söyləyib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Şərqi Aralıq dənizində Türkiyənin daxil olmadığı heç bir razılaşmanın etibarlı olmadığını söyləyib.
Çavuşoğlu qatıldığı televiziya proqramında gündəmi qiymətləndirərək deyib:
"Türkiyənin Şərqi Aralıq dənizindəki məqsədi hər kəslə əməkdaşlıq etməkdir. Rum İcması da Kıbrıs ətrafındakı sərvətlərin ədalətli şəkildə bölüşülməsilə əlaqədar Şimali Kıbrıs Türk Cümhuriyyətilə razılığa gəlməlidir. Biz Şərqi Aralıq dənizində əməkdaşlığa razıyıq, amma bu günə qədər Yunanıstan, Misir və İsrail kimi bölgədəki digər ölkələr bizi kənarda qoyaraq öz aralarında əməkdaşlıq etməyə çalışdılar. Türkiyənin olmayan hər hansı bir razılaşmanın etibarlılığı yoxdur. Onlardan heç bir nəticə çıxmaz".
Nazir Çavuşoğlu İstanbulun fəthinin 567-ci ildönümü çərçivəsində Ayasofyada fəth surəsinin oxunması səbəbiylə Yunanıstanın reaksiyasına dair isə, "Türkiyə Cümhuriyyətində namaz və ya müqəddəs Qurani Kərimin harada oxunacağını başqa birisindənmi soruşacağıq?" ifadəsini işlədib.
Türkiyəyə bu mövzuda ağıl verəcək son ölkənin Yunanıstan olduğunu vurğulayan Çavuşoğlu Afinada məscidi olmayan yeganə Avropa paytaxtı olduğunu vurğulayıb.
Nazir Çavuşoğlu "Ayasofya Türkiyə Cümhuriyyətinin əmlakıdır və fəth edilmişdir" deyib.
Mövlud Çavuşoğlu Liviyadakı son vəziyyətə də toxunaraq, ölkənin şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafterin hələ də siyasi həll yoluna yanaşmadığını vurğulayaraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Fransa kimi ölkələrin Hafteri dəstəklədiyini bildirib.
Hafterin son zamanlarda təcavüzünü artırdığını vurğulayan Çavuşoğlu Liviyanın baş naziri Fayiz es-Serrac hökumətinin Hafter tərəfini geri oturtmağa başladığını və əks-hücumla əhəmiyyətli yerlərin nəzarətini ələ keçirdiklərini söyləyib.
Çavuşoğlu "Tripolidən Tunisə qədər sahil zolağına, beynəlxalq hava limanlarına nəzarətin ələ keçirilməsi və havadan və qurudan irəliləməsi, Hafterin bu müharibədə qalib gələ bilməyəcəyini göstərir" deyib.
ABŞ polis zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həyatını itirməsilə əlaqədar Çavuşoğlu deyib:
"Polisin irqindən, dinindən, etiqadından asılı olmayaraq hər hansı bir şəxsi bu şəkildə öldürməsi qəbuledilməzdir".
ABŞ-da mövcud olan irqçiliyin davam etdiyini ifadə edən Çavuşoğlu "Buna görə ədalət bu cinayəti törədən polislə bağlı hər kəsin vicdanını rahatlaşdıracaq bir şəkildə işləməlidir" deyə bildirib.
Çavuşoğlu bu qətlin vandalizmə çevrilməsinin doğru olmadığını və çox təhlükəli olduğunu vurğulayıb:"Kim olarsa olsun, yalnız ABŞ-da deyil, başqa bir ölkədə də vandalizmə çevrilməyin tərəfdarı deyilik. Bu düzgün deyil. ümumi mənada üstünlük var. Yaxın zamanda ağlın işə düşməsinə ümid edirik və təmkinli olmağa çağırırıq" deyib.