İstanbulun fəthinin 567-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunur

İstanbulun fəthinin 567-ci ildönümü prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı xüsusi proqramlar ilə qeyd olunur.

1425749
İstanbulun fəthinin 567-ci ildönümü müxtəlif tədbirlərlə qeyd olunur
erdogan tekneleri selamlama1.jpg
erdogan tekneleri selamlama.jpg

İstanbulun fəthinin 567-ci ildönümü prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı xüsusi proqramlar ilə qeyd olunur.
İlk olaraq Türkiyə Yelkən Federasiyası tərəfindən "29 May Boğaziçi Fəthinə Hörmət Paradı" tədbiri keçirilib.
Sarıyer Sahil Mühafizəsi Komandanlığından start götürən tədbirdə milli idmançıların da yer aldığı Türkiyə bayraqlı gəmilər Huber qəsrinin qarşısından keçərək prezident Ərdoğanı salamlayıblar.
Topkapı sarayında keçiriləcək xüsusi proqramda isə dünyanın ən qədim və möhtəşəm ordu orkestrı Milli Müdafiə Nazirliyinin Mehteran dəstəsi və sənətçi Arslanbek Sultanbekov ilk dəfə birlikdə xüsusi mehter marşı oxuyacaqlar.
Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin "Youtube" kanalları və sosial media hesablarında Türkiyə vaxtı ilə saat 19:00-da İstanbulun Fəthi Xüsusi Konsert Proqramı yayımlanacaq.
Türkiyə vaxtı ilə saat 19:00-da Oxçuluk Fondunun Fəth kuboku tədbiri keçiriləcək. Quran-i Kərim və Fəth duası ilə başlayacaq tədbirdə Ənənəvi Türk Oxçuluq finalı ilə yanaşı Türkiyə miqyasında keçirilən "İstanbulun fəthi" məzmunlu şer yarışmasının birincisi videoçarx nümayişi olacaq.
Prezident Ərdoğanın Türkiyə vaxtı ilə saat 20:53-də videokonfrans ilə iştirak edəcəyi tədbirdə mehteran orkestrı, işıq şou və atəşfəşanlıq olacaq.
İstanbulun fəthinin coşğusu saat 21:30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Fəth Şənliyi ilə Ayasofyada davam edəcək.
Proqram Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən gəmiləri qurudan yeritdiyi marşrutların üzərindən keçib Ayasofyaya gələn dron görüntüləri ilə başlayacaq. Prezident Ərdoğanın videokonfransla iştirak edəcəyi proqramda Ayasofyanın qarşısında qurulan platformada İstanbulun fəthi mapping (virtual görüntülər) nümayişi ilə təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr