Türkiyədə məscidlər ibadətə nə vaxtdan açılır?

Videokonfrans yoluyla bir televiziya proqramına qatılan Ə.Erbaş məscidlərin ibadətə açılması ilə bağlı deyib...

1418193
Türkiyədə məscidlər ibadətə nə vaxtdan açılır?

 

  Türkiyə Diyanət İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş yeni tip korona virusu (Covid-19) tədbirləri çərçivəsində ibadətə bağlanan məscidlərin 12 iyundan yenidən açılacağını söylədi.

  Videokonfrans yoluyla bir televiziya proqramına qatılan Ə.Erbaş məscidlərin ibadətə açılması ilə bağlı deyib: “Rəyasət Heyəti, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə danışdıq, ümumi nəticəyə gələrək 12 iyun tarixini müəyyən etdik”.

  Qeyd edək ki, Türkiyənin Diyanət İşləri üzrə İdarəsinin rəhbəri Səudiyyə Ərəbistanının Həcc və Ümrə üzrə naziri Məhəmməd Saleh ibn Tahir Bentenlə telefonda danışıb. Söhbət zamanı “Covid-19” pandemiyasının Həcc ziyarətinə təsirləri müzakirə edilib. Əli Erbaş prosesləri yaxından izlədiklərini, Həcc ziyarətilə bağlı Türkiyənin hər cür təklif, fikir və məsləhətləşmələrə açıq olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr