"Türkiyə sahib olduğu imkanlarla öz gücünü ortaya qoydu", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatların mənasını itirdiyi bir dövrdə Türkiyənin öz imkanları ilə gücünü göstərdiyini söyləyib.

1401743

Prezident Ərdoğan bunu İstanbul Başakşehir Şəhər xəstəxanasının istifadəyə verilməsi və yerli süni tənəffüs cihazının təqdimatında videokonfrans vasitəsilə etdiyi çıxışında deyib.
Dövlət-özəl əməkdaşlıq metodu ilə həyata keçirilən layihə çərçivəsində 10 şəhər xəstəxanasının istifadəyə verildiyini xatırladan Ərdoğan "Bu gün 5400 tam təchizatlı maşın və 19 hava vasitəsiylə ən müasir təcili yardım maşını xidmətlərindən birinə sahibik. Türkiyə səhiyyə xidmətlərində bir dastan yazmışdır. Koronavirus epidemiyasından sonra yenidən qurulacaq dünya nizamında ölkəmizin haqq etdiyi yerə sahib olması üçün həmişə birlikdə daha çox çalışacağıq. Dünya süni tənəffüs cihazları mövzusunda çətinliklərlə qarşı-qarşıyadır. Amma biz bu prosesi uğurla keçdik" deyib.
"Yeni dövrdə yeni investisiyalar, yeni işlər və yeni xidmətlər ilə ölkəmizi hər zaman daha bir addım irəli aparacağıq" -deyə prezident vurğulayıb. 

Әlaqәli Xәbәrlәr