Türkiyə Silahlı Qüvvələri top atəşilə cavablarını verdi

... Hücumdan sonra Ayn İsa çölünün Hırbet Kərəm xəttində Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli qarşıdurmalar yaranıb.

1353130
Türkiyə Silahlı Qüvvələri top atəşilə cavablarını verdi

 

  Türkiyə Silahlı Qüvvələri (TSQ) bölücü terror təşkilatı YPG/PKK-nin Suriyada “Sülh çeşməsi” hərəkatı bölgəsində Suriya Milli Ordusu (SMO) mövqelərinə hücumuna top atəşləriylə cavab verdi.

  Terror təşkilatı YPG/PKK Tel Abyadın cənubunda Rakkanın Ayn İsa çölündə Suriya Milli Ordusuna hücum edib, 4 əsgər şəhid olub.

  Hücumdan sonra Ayn İsa çölünün Hırbet Kərəm xəttində Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli qarşıdurmalar yaranıb.

  TSQ topdan Tel Abyadın cənubundakı Ayn İsa və Rasulaynın cənub-şərqindəki Tel Temirdə olan terror təşkilatının mövqelərini atəşə tutub.

  Qeyd edək ki, YPG/PKK-nın “Sülh çeşməsi” hərəkatı bölgəsindən çəkilməsilə bağlı Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında 2019-cu ilin 17 oktyabrda imzalanan müqaviləyə baxmayaraq, terrorçular Tel Abyad, Rasulayn qəsəbələri və ətraflarında hücumlarını davam etdirirlər.



Әlaqәli Xәbәrlәr