"Beynəlxalq cəmiyyətin Suriyada etdiyi səhvi Liviyada təkrarlanmamasını xahiş edirik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan beynəlxalq cəmiyyətin Suriyada etdiyi səhvi Liviyada təkrarlanmamasını xahiş etdi.

1346846
"Beynəlxalq cəmiyyətin Suriyada etdiyi səhvi Liviyada təkrarlanmamasını xahiş edirik", R.T.Ərdoğan

 

   Almaniya Federal Respublikasının kansleri Angela Merkellə İstanbulda Türkiyə - Almaniya Universitetinin yeni binalarının açılış mərasimində iştirak edən R.T.Ərdoğan buradakı çıxışında deyib:

  “Liviyada atəşkəs olmazsa, sakitlik təmin edilməzsə, hadisələr bütün Şərqi Aralıq dənizinə təsir edəcək.

  DAEŞ və əl-Qaidə kimi terror təşkilatları ilə legionerlərin bu ölkədə təkrar hökm sürməsini istəmiriksə, həll müddətini sürətləndirməmiz lazımdır. Bu böhranı sonlandırmaq ən böyük hədəfimizdir.

  Xüsusilə qiyamçı Hafter və dəstəkləyənlərinə təzyiq göstərmək lazımdır. Dünəndən (23 yanvar) etibarən Trablusdakı vətəndaş yaşayış yerlərinə hücumların artması, havalimanının hədəf alınması kimin sülh, kimin qan və gözyaşının sürməsi tərəfdarı olduğunu göstərir. Son bir neçə həftədə yaşadıqlarımız və bu gerçəklərin işığında beynəlxalq cəmiyyətin Suriyada etdiyi səhvi Liviyada etməməsini xahiş edirik.

  Biz barış, həll, qan və gözyaşının dayanması üçün atılan addımları güclü şəkildə dəstəkləyəcəyik”.



Әlaqәli Xәbәrlәr