“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”, S.A.Musəvi

İran Tələbələri Xəbər Agentliyinin (İSNA) məlumatına görə, paytaxt Tehranda təşkil edilən mətbuat konfransında S.A.Musəvi mövzu ilə bağlı deyib...

1303652
“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”, S.A.Musəvi

 

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqdakı hadisələrin İrana sıçramasıyla əlaqədar şərhinin çox əhəmiyyətli olduğunu söylədi.

  İran Tələbələri Xəbər Agentliyinin (İSNA) məlumatına görə, paytaxt Tehranda təşkil edilən mətbuat konfransında S.A.Musəvi mövzu ilə bağlı deyib:

  "Hörmətli Ərdoğanın bir ölkədə münaqişənin digər ölkələrə sıçraya biləcəyi şərhi yerində deyilmiş və mühüm bir xəbərdarlıqdır. Çünki bəzi gizli əllər İslam ölkələrində ixtilaf və qarışıqlıq çıxartmaqdadır. Ərdoğan bu gizli əlləri çox aydın görür, xəbərdarlıq edir. Buna görə Türkiyəni təqdir edirik.

  Suriya məsələsilə bağlı da İran – Türkiyə münasibətlərinə toxunmaq istəyirəm. Bu gün Türkiyə ilə əlaqələrimiz zirvədədir və bəlkə heç zaman bu qədər yaxşı olmayıb. Rəsmi Tehran ölkələrin torpaq bütövlüyünün pozulmasına qarşıdır. Amma Suriya ilə sərhəd olan Türkiyənin bu müharibə ilə bağlı narahatlıqlarını anlayır və diqqət edirik.

  Türkiyənin “Sülh çeşməsi” hərəkatı zamanı İranın içindən bəzi qeyri-rəsmi mənbələr öz neqativ fikirlərini bildirdilər, amma bu şərhlər rəsmi Tehranın mövqeyi deyildi.”

  Qeyd edək ki, Türkiyə prezidenti R.T.Ərdoğan Türkiyə-Macarıstan Ali Strateji Əməkdaşlıq Şurasının IV Toplantısında iştirak etmək üçün getdiyi Macarıstandan dönərkən (8 noyabr) təyyarədə jurnalistlərin suallarını cavalandıraraq demişdi: "İraqdakı bu qiyamların arxasında kimlər dayanır, biz təxmini olaraq bilirik. Hətta İraqdakı qiyamlar İrana da sirayət edə bilər. Çünki təxribatçıların dərdi İslam dünyasını bölmək, parçalamaq və bir-birinin üzərinə salmaqdır".



Әlaqәli Xәbәrlәr