Çavuşoğludan alman həmkarına sərt cavab

Türkiyəyə dərs verməyə cəhd edən hər kim olarsa olsun lazımlı cavabı alacaq. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Almaniya xarici işlər naziri Heiko Maasın Twitter hesabındakı sözlərinə cavab olaraq deyib.

1294632
Çavuşoğludan alman həmkarına sərt cavab

Nazir Çavuşoğlu, Alman həmkarı Maasın şənbə günü Türkiyəyə reallaşdıracağı səfər ərəfəsində sosial media hesabında əks edən sözlərinə cavabən verdiyi açıqlamada: “Cənab Heiko Maas, Türkiyəni ziyarət edəcəyinə sevinirəm. Qapımız sənə hər zaman açıqdır. Amma barmağını yelləyərək deyil. Türkiyəyə dərs verməyə cəhd edən hər kəs, lazımlı cavabı dərhal alacağının idrakında olmalıdır”.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Maas sosial media hesabında şənbə günü Türkiyəni ziyarət edəcəyini bildirib və ölkəmiz haqqında  bəzi tənqiqlər edib.

 



Әlaqәli Xәbәrlәr