13 maddəlik Suriyanın şimal-şərqinə dair Türkiyə - ABŞ birgə bəyanatı

Müştərək bəyanatın mətni belədir...

1290185
13 maddəlik Suriyanın şimal-şərqinə dair Türkiyə - ABŞ birgə bəyanatı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pensin paytaxt Ankaradakı təkbətək, iki ölkə rəsmilərinin heyətlərarası görüşlərindən sonra 13 maddəlik Suriyanın şimal-şərqinə dair Türkiyə - ABŞ birgə bəyanatı ictimaiyyətə çatıdırıb.  

  Müştərək bəyanatın mətni belədir:

  1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir.
  2. ABŞ Türkiyənin cənub sərhədinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır. İki ölkə tərəfindən, Suriyanın şimal-şərqi başda olmaqla, sahədəki proseslərin ortaq maraqlar əsasında daha da yaxınlaşması qəbul olunur.
  3. Türkiyə və ABŞ “Hamımız birimiz, birimiz hamımız” üçün şüarı ilə NATO torpaqları və xalqlarını bütün təhdidlərə qarşı qoruma öhdəliklərini mühafizə edir.
  4. Hər iki ölkə insanların həyatı, haqları, dini və etnik mənsubiyyətlərinin qorunmasına yönəlik öhdəlikləri üzərinə götürür.
  5. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində DAEŞ-lə mübarizədə qərarlıdır. Buna əvvəlcədən DAEŞ nəzarətində olan sahələrdə yaşayıb yerindən-yurdundan edilən adamlar və saxlama kameraları mövzuları da daxildir.
  6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarında təkcə terrorçular deyil, onlara aid sığınacaq, mövqe, silah-sursat və digər avadanlıqlar məsələsində də keçərlidir.
  7. Türkiyə tərəfi Türkiyə Silahlı Qüvvələri tərəfindən nəzarət edilən etibarlı bölgədəki bütün sakinlərin sağlamlığı və təhlükəsizliyini təmin edəcəyi, vətəndaşların və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır.
  8. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyü və Suriya münaqişəsinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə nizamlamağı dəstəkləyir.
  9. Hər iki tərəf Türkiyənin YPQ ağır silahlarının toplanması, bütün mövqelərinin zərərsizləşdirilməsi, milli təhlükəsizlik qayğılarının aradan qaldırması, etibarlı zonanın qurulmasını davametdirmə siyasəti ilə bağlı razılaşır.
  10. Təhlükəsiz bölgə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf bunu qəbul etməyə uyacaq.
  11. Türkiyə tərəfi “Sülh çeşməsi” hərəkatına təhlükəsiz zonadan YPQ-nin 120 saat ərzində geri çəkilməsi üçün fasilə verəcək. Bu hərəkatı geriçəkilmə tamamlandıqdan sonra dayandırılacaqdır.
  12. “Sülh çeşməsi” hərəkatına ara verildiyi zaman ABŞ “Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria” başlıqlı 14 oktyabr 2019-ci il tarixli Prezident Fərmanına uyğun olaraq həyata keçirilən sanksiyalara əlavələr gətirməmə və konqresdə uyğun işlər və məsləhətləşmələr apararaq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən Suriyada sülh və təhlükəsizliyin təminatına xidmət edir. “Sülh çeşməsi” hərəkatı 11-ci maddə üzrə dayandırıldıqdan sonra yuxarıda bəhs edilən Prezident Fərmanı əsasında həyata keçirilən mövcud sanksiyalar qaldırılacaqdır.
  13. Hər iki tərəf bu bəyanatda qeyd edilən bütün vəzifələrin həyata keçirilməsi üçün birlikdə çalışma öhdəliyi götürür.


Әlaqәli Xәbәrlәr