"Türkiyə artıq bir dəqiqə belə gözləyə bilməz", F.Altın

“Twitter”də paylaşdığı yazıda F.Altın bunları deyib...

1283380
"Türkiyə artıq bir dəqiqə belə gözləyə bilməz", F.Altın

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altın Türkiyənin Suriyada terrorla mübarizə məsələsində çox səbrli və müttəfiqlərlə uyğun şəkildə hərəkət etdiyini bildirərək "Ancaq Türkiyə artıq bir dəqiqə belə gözləyə bilməz" dedi.

  “Twitter”də paylaşdığı yazıda F.Altın bunları deyib:  

  “Türkiyənin niyyəti açıq və aydındır. Sərhədimizdəki terror dəhlizini ortadan qaldırmaq. Kürd xalqının düşməni olan PKK ilə vuruşmaq. DAEŞ-lə mübarizə aparmaq və yenidən dirçəlməsinin qarşısını almaq. Suriyanın PKK işğalına deyil, yerli hakimiyyətə ehtiyacı var. 

  PKK nəzarəti altına aldığı ərazilərdə etnik təmizləmə aparır, hər cür müxalifəti, xüsusilə, kürd demokratları ortadan qaldırır və bir çox beynəlxalq insan haqları təşkilatı tərəfindən də qəbul edildi.  

  SDG/YPG/PKK-nın regionda DAEŞ-lə mübarizə məsələsində Türkiyədən daha etibarlı olduğunu düşünənlər üçün qısa bir xatırlatma etməkdə fayda var. SDG/YPG/PKK Trampın ABŞ əsgərlərini geriçəkmə qərarından sonra 3200 DAEŞ məhkumunu buraxmağı demişdi, amma olmadı.

  Türkiyə indiyə qədər Suriyada terrorla mübarizə məsələsində çox səbrli və müttəfiqlərlə uyğun şəkildə hərəkət etdi. Ancaq artıq Türkiyə bir dəqiqə də gözləyə bilməz. Türklərin, kürdlərin və ərəblərin həyatları təhlükədədir.

  İstiqlalimiz və gələcəyimiz üçün terrora qarşı mübarizəmiz sərhədlərimiz içində də, kənarda da fasiləsiz və güzəştsiz şəkildə sürür. Bu mübarizənin əsas məqsədi terroru mənbəyində qurutma strategiyasıdır. Sülhü və əmin-amanlığı tam olaraq təsis edənə qədər mübarizəmiz davam edəcək".



Әlaqәli Xәbәrlәr