“Pəncə-3” əməliyyatı çərçivəsində 2 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Haftanin bölgəsində aşkar edilən terror təşkilatı PKK mənsubu 2 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi.

1279941

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, “Pəncə-3” əməliyyatı çərçivəsində Haftanin bölgəsinə hava əməliyyatı təşkil edildi.

Əməliyyat nəticəsində PKK-lı 2 terrorçu zərərsizləşdirildi.

Digər tərəfdən Hakkaridə jandarm və polis bölmələrinin xüsusi təyinatlıları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi.

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, daxildəki təhlükəsizliklə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində Hakkari vilayəti çölündə PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirildi. Bölgədə əməliyyatların davam etdiyi bildirildi.

Әlaqәli Xәbәrlәr