“Onlar qeydiyyatda olduqları şəhərlərə göndəriləcəklər”, S.Soylu
Daxili İşlər naziri Süleyman Soylu İstanbulda qeydiyyatda olmayan suriyalıların qeydiyyatda olduqları şəhərlərə göndəriləcəyini söylədi.

Daxili İşlər naziri Süleyman Soylu İstanbulda qeydiyyatda olmayan suriyalıların qeydiyyatda olduqları şəhərlərə göndəriləcəyini söylədi.
Xüsusi televiziya kanallarından birinə açıqlama verən nazir Soylu Türkiyənin miqrant siyasətinə dair məlumat verərək dedi ki, cari il 163 min qaçaq mühacir yaxaladıq və onlardan 43 mini öz ölkələrinə göndərildi. Bununla əlaqədar İstanbulda indiyədək 6 min 122 nəfər yaxalandı. Bunların 2 min 691-i əfqan, min 619-u Pakistanlı, minə yaxını isə suriyalıdır.
İstanbulda 547 mini suriyalı olmaqla 1 milyon 69 min miqrantın qeydiyyatda olduğunu və suriyalıların müvəqqəti qoruma daxilində olduğunu bildirən Soylu müvəqqəti qoruma daxilindəki suriyalıların ölkədən çıxarılmasının gündəmdə olmadığını vurğuladı.
Müvəqqəti qoruma daxilində olan suriyalıların qeydiyyatları yoxdursa düşərgələrə, qeydiyyatda isə qeydiyyatda olduqları şəhərlərə göndəriləcəyini qeyd edən Süleyman Soylu hazırda düşərgələrdə 100 min nəfərin yaşadığını ifadə etdi.
Әlaqәli Xәbәrlәr

Türkiyə prezidenti və Qətər Əmiri təkbətək görüşdülər
Görüşdən sonra iki ölkə arasında birgə bəyannamə və 12 müqavilə imzalanıb