Türkiyədən S-400 və NATO açıqlaması
Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk S-400 hava müdafiə sistemi məsələsinin NATO problemi olmadığını bildirdi.
Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk NATO-nun qərargahında Anadolu Xəbər Agentliyinin müxbirinə müsahibə verdi.
Öztürk Türkiyənin S-400-ləri almaq qərarı ilə bağlı NATO baş katibi Yens Stoltenberqin müttəfiqlərin istədikləri silah sistemini almaq məsələsində müstəqil olduqlarını, lakin silahlı qüvvələrin birgə fəaliyyət göstərə bilmə məsələsinin də əhəmiyyətli olduğunu da ən başından bəri söylədiyini xatırlatdı.
Səfir Öztürk: "S-400 məsələsi Amerika Birləşmiş Ştatlarındakı bəzi dairələr tərəfindən öz məcrasından və kontekstindən çıxarılaraq daha böyük ikitərəfli problemə çevrilib. Bu çərçivədə ABŞ-ın məsuliyyəti böyükdür" deyə danışdı.
ABŞ-ın ilk başlarda əsas narahatlığının hərbi təchizatın birgə fəaliyyət göstərə bilmə məsələsi ilə bağlı olduğunu ifadə etdiyini bildirən Öztürk Türkiyənin də bu narahatlıqları aradan qaldırmaq üçün S-400-lərin NATO sistemlərinə inteqrasiya edilməyəcəyini və buna görə də bir problem yaranmayacağını izah etdiyini qeyd etdi.
Öztürk ABŞ-ın son dövrdə məsələyə yeni ölçülər əlavə etmək vasitəsilə məsələni siyasiləşdirdiyini və S-400-ləri f-35 döyüş təyyarələrinin tədarükü ilə əlaqələndirdiyini xatırlatdı, Türkiyənin F-35 təyyarələri layihəsinə ən başından bəri daxil olduğuna, bu çərçivədə ciddi sərmayələrlə yanaşı F-35-in bir çox hissəsini istehsal etdiyinə diqqət çəkdi.
Türkiyənin özünün də istifadə edəcəyi F-35 təyyarələrinin gələcəyinə təsir edəcək və zəifliyə səsbəb olacaq bir vəziyyətdən təbii olaraq qaçacağını qeyd edən daimi nümayəndə Türkiyənin bu çərçivədə birgə işçi qrupun yaradılmasını təklif etdiyini, ABŞ-ın NATO çərçivəsində işçi qrupunun yaradılması məsələsinə müsbət yanaşmadığını və ikitərəfli işçi qrupuna üstünlük verdiyini, lakin bunun da hələ həyata keçirilə bilinmədiyini bildirdi.
Әlaqәli Xәbәrlәr
Türkiyədə Fələstinə dəstək yürüşü keçiriləcək
Oktyabrın 6-da Türkiyədə Fələstinə dəstək yürüşü keçiriləcək