Diyarbəkirdə 2 PKK-lı zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə...

1214918
Diyarbəkirdə 2 PKK-lı zərərsizləşdirildi

 Türkiyənin Diyarbəkir rayonunun Lice qəsəbəsinə təşkil edilən hava dəstəkli əməliyyatda PKK-lı 2 terrorçu zərərsizləşdirildi.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə, Diyarbəkirin Lice qəsəbəsinə hava dəstəkli əməliyyat təşkil edildi. Əməliyyat zamanı bölücü terror təşkilatı PKK-nın 2 terrorçusu zərərsizləşdirildi.

  Digər tərəfdən, İraqın şimalındakı Hakurk, Avaşin Basan və Zap bölgələrinə təşkil edilən hava hərəkatlarında PKK terrorçularına aid sığınacaq və sursat anbarları məhv edildi.

  Qeyd edək ki, İraqın şimalındakı Hakurk bölgəsində 13 gündür müvəffəqiyyətlə davam edən “Pəncə” hərəkatında isə bura qədər 43 PKK terrorçusu zərərsizləşdirilib. Hərəkat çərçivəsində 53 mina, əl qumbarası məhv edilib və təşkilata aid 74 mağara və sığınacaq istifadəedilməz hala salınıb.


Etiketlәr: #Diyarbəkir PKK

Әlaqәli Xәbәrlәr