Aİ Türkiyədəki Suriyalılara ayrılan vəsaiti vaxtında ödəmir
Türkiyədəki Suriyalıların dəstəklənməsi üçün yaradılan maliyyə yardım proqramının növbəti (12-ci) inzibati komitə iclası Belçikanın paytaxtı Brüsseldə keçirilib.

Avropa İttifaqı Komissiyası bu barədə bəyanat yayıb. Bildirib ki, Komitə iclasında, maliyyə yardım proqramı ilə bağlı illik hesabata baxılıb. Sığınacaq axtaran şəxslərə dəstək olmaq üçün 845 milyon avroluq layihə təkliflərinin qiymətləndirilməsi prosesinə dair məlumat verilib.
Şərhdə vurğulanıb ki, Türkiyədəki Suriyalılara dəstək məqsədiylə yaradılan fondun büdcəsi 6 milyard avro nəzərdə tutulub. Həmin fond üçün 4,2 milyard avro təmin edilib. İndiyə qidər bunun 2.22 milyard avrosu Türkiyəyə ödənib.
Qeyd edək ki, Aİ, 29 noyabr 2015-ci ildə baş tutan Türkiyə-Aİ sammitində, Türkiyədəki Suriyalılar üçün 3 milyard avroluq fond təmin etməyi vəd etmişdi. 18 Martda keçirilən toplantıda isə 3 milyard avroluq əlavə vəsait ayrılması qərarına gəlinmişdi. Bu vəsaitlər ilə Türkiyədəki Suriyalıların səhiyyə, təhsil, infrastruktur, qida və digər ehtiyaclarının təmini ilə bağlı layinələrin həyata keçirilməsi nəzərdə tutulur. Ancaq Avropa ittifaqı dünyada ən çox sığınmacıya ev sahibliyi edən Türkiyəyə, Suriyalılar üçün ayrılan vəsaitləri vaxtında ödəməkdə imtina edir.