NATO baş katibi Hataya getdi

NATO baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə birlikdə Hataya getdi.

1196649
NATO baş katibi Hataya getdi
stoltenberg hatay1.jpg

NATO baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran ilə birlikdə Hataya getdi.
 
 Göyərtəsində NATO baş katibi olan Türk Hava Yollarına (THY) aid təyyarə  paytaxt Ankaradan havaya qalxaraq Hatay Hava Limanına endi.

Sonra Stoltenberq, Kıran və onu müşayiət edən heyətlə geniş təhlükəsizlik tədbirləri altında Vilayət Fəlakət və Fövqəladə Hallar İdarəsində oldu.
 
 Burada Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən hazırlanan təqdimat ilə "Türkiyənin nəzərində regional təhlükələr" başlığı altında dəyrləndirmə iclası keçirildi.
 
 Türkiyə Miqrasiya İdarəsinin baş direktoru Abdulla Ayaz  iclas iştirakçılarına Türkiyənin nizamsız miqrasiya ilə mübarizə, Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatlarının keçirildiyi bölgələrin PKK/PYD/YPG və DEAŞ terrorçularından azad edilməsindən sonra bölgəyə 320 min insanın qayıdışının təmin edilməsi və bölgədə infrastruktur dəstək işləri barədə məlumat verdi.
 
 NATO-nun bütün üzv ölkələrindən və müşahidəçi ölkələrdən olan nümayəndələrin iştirakı ilə mətbuata qapalı keçirilən iclas  təxminən 2 saat davam etdi.



Әlaqәli Xәbәrlәr