Almaniyada Ramazan boyu təxminən 40 min nəfərə iftar
DİTİB sədri Kazım Türkmen verdiyi açıqlamada bildirib...
1194422
Almaniyanın Köln şəhərində mərkəzi olan Türkiyə Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) Köln Mərkəz məscidində bu il Ramazan boyu təxminən 40 min nəfərə iftar verəcək.
DİTİB sədri Kazım Türkmen verdiyi açıqlamada bildirib:
“Təkcə Köln Mərkəz məscidində deyil, Almaniyada Diyanətə bağlı 857 məscid və dərnəkdə Ramazan ayı boyu müxtəlif tədbirlər keçiriləcək.
Üç ayların sonuncusu olan Ramazanda ilk oruc 6 mayda tutulacaq.
Arzu edirik ki, Almaniyadakı müsəlmanlara da İslamın rəhmət və bağışlanma ilə yoğrulmuş ədalət anlayışı, bilik və hikmətlə yoğrulmuş əxlaq qaydalarını ən gözəl şəkildə bir daha izah edək".
Әlaqәli Xәbәrlәr
Türkiyə və Azərbaycanın Xarici işlər nazirləri arasında telefon danışığı keçirilib
İkitərəfli münasibətlər və Suriyadakı inkişafları müzakirə edilib