"Bayraktar TB 2” PUA-ları artıq Ukraynadadır", P.Poroşenko

Sosial media hesabından verdiyi açıqlamada P.Poroşenko bildirib...

1159329
"Bayraktar TB 2” PUA-ları artıq Ukraynadadır", P.Poroşenko

  Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyədən satın alınan “Bayraktar TB 2” Pilotsuz Uçan Aparat (PUA) kompleksinin ölkəsinə təslim edildiyini bildirdi.

  Sosial media hesabından verdiyi açıqlamada P.Poroşenko söyləyib:

  “Türkiyədə istehsal olunan PUA-ların 12 saatlıq müşahidə qabiliyyəti var və yüksək səviyyədə basqın həyata keçirə bilir. Müasir “Bayraktar TB 2” Pilotsuz Uçan Aparatlar artıq Ukraynadadır.

  Ukrayna ordusunu müasir silah və təchizatla gücləndirməyə davam edirik. Silahlı PUA almaq Ukrayna ilə NATO arasındakı tərəfdaşlıq proqramının bir parçasıdır. Proqramın sonrakı addımı isə Zaporojye şəhərində müasir PUA parçaları istehsal edəcək Ukrayna-Türkiyə birgə müəssisəsi yaratmaq olacaq".



Әlaqәli Xәbәrlәr