Altun: "Mətbuat nümayəndələrini PKK-nın fəaliyyətləri ilə bağlı diqqətli olmağa dəvət edirik"

Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun ötən gün  separatçı terror təşkilatı PKK tərəfindən  İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinə aid bazalara təşkil olunan hücuma dair fikir bildirdi.

1133733
Altun: "Mətbuat nümayəndələrini PKK-nın fəaliyyətləri ilə bağlı diqqətli olmağa dəvət edirik"

 
Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun "Bloomberg" xəbər agentliyinə müsahibə verdi.

Altun müsahibəsində İraqın şimalındakı Duhok şəhərində Türkiyə Silahlı Qüvvələrinə aid bazalara təşkil olunan hücuma dair fikir bildirərək: " Bu gün  baş verən təxribatda itkimiz olmadı, bir sıra tekniki avadanlıq zərər gördü" dedi.
 
Altun Türkiyə Silahlı Qüvvələrinin baza ətrafında yaşayan mülki vətəndaşlar arasında itkilərin qarşısını almaq üçün lazımi tədbirlər gördüyünü qeyd edərək: "PKK terrorçularının sosial media və digər mətbuat orqanları vasitələrlə dünən baş verən hücum haqqında dezinformasiya fəaliyyəti apardığını müəyyən etdik. Bütün mətbuat nümayəndələrini təşkilatın bu fəaliyyətləri ilə bağlı diqqətli olmağa dəvət edir, PKK terrorçularının keçmişdə bu növ taktikalara müraciət etdiyini xatırladırıq" dedi.
 
Prezident Aparatının şöbə müdiri Türkiyənin Duhok xalqı ilə yaxın əməkdaşlığını davam etdirdiyini və regionda mülki vətəndaşlar arasında itkilərin olmasının qarşısının alınması üçün əlindən gələn hər şeyi etdiyini söylədi.
 
 Digər tərəfdən, verilən məlumata görə, İraqın şimalında yerləşən Türkiyə Silahlı Qüvvələrinə aid Suri bazasına qarşı edilən hücumların mülki geyimlərlə kamufilə olunmuş PKK terrorçuları tərəfindən törədildiyi müəyyən olunub. Daş atmaqla başlayan hücum sonra daha da şiddətlənib.
 
Hadisədə müəyyən texniki vasitələr zərər görüb. İtki yoxdur.
 
Hadisələr zamanı PKK terrorçuları hər zaman tətbiq etdikləri taktikaya bənzər şəkildə, xalqla Türkiyə hərbçilərinin arasını vurmaq üçün xüsusi səy göstəriblər. Hadisələrin daha da böyüməməsi üçün təcili olaraq lazımi tədbirlər görülüb, yerli xalqa hər hansı bir zərər gəlməməsi üçün maksimum diqqət və həssaslıq göstərilib.
 
 Məlumatda baza bölgəsinin təhlükəsizliyinin təmin edildiyi və şəxsi heyətin vəzifə başında olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr