"Miqrasiya məsələsi 2 əsrdir Türkiyə üçün yeni vəziyyət deyil", Y.S.Kıran

Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran Avropa İttifaqının (Aİ) suriyalılar üçün Türkiyəyə maliyyə xərclərinin verilməsinin sürətləndirilməsi, eyni zamanda, Türkiyə vətəndaşlarına azad vizaya keçilməsi lazım olduğunu söylədi.

1072071

  Avstriyanın paytaxtı Vyanada Miqrasiya Konfransında iştirak və çıxış edən Y.S.Kıran deyib:

  “XX və XXI əsrlərin ən önəmli gündəm maddələrindən biri olan miqrasiya məsələsi Türkiyə üçün yeni bir vəziyyət deyil.

  Türkiyə mərhəmət mədəniyyəti anlayışı ilə ölkəsində yerləşən qaçqın və köçkünlərin ehtiyaclarına 33 milyard dollardan çox xərcləyib.  

  Türkiyə Suriyada humanitar fəlakətin qarşısını almaq üçün hər cür səy göstərir. Avropa İttifaqı (Aİ) isə miqrantlarla bağlı verdiyi sözləri - öhdəliklərini yerinə yetirmir.

  Köç müqaviləsinə əsasən, Aİ Könüllü Humanizm Proqramını dərhal həyata keçirməyə başlamalı, Türkiyədəki suriyalılar üçün maliyyə öhdəliklərini sürətləndirməli və Türkiyə vətəndaşlarına viza sərbəstliyi verməlidir.

  Türkiyə miqrasiyaya səbəb olan əsas problemləri həll etmək, sülh və sabitliyin təmin olunması üçün hər cür birliyə hazırdır”.

Әlaqәli Xәbәrlәr