“Sanksiya böhranı üzündən yüz milyonlarla dollar ABŞ-a qayıtmadı", H.Beyzi

Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı gərginlik Vaşinqtonda müzakirə edildi.

1036302
“Sanksiya böhranı üzündən yüz milyonlarla dollar ABŞ-a qayıtmadı", H.Beyzi

   ABŞ Ticarət Palatası və Amerika Türkiyə İş Şurası prezident Donald Trampın sanksiyalarına etiraz bildirdilər. Qlobal Siyasət İnstitutu ilə Bahçeşehir Universitetinin birgə panelində Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ Ticarət Palatasının sədr müavini Kuş Çoksi (Khush Choksy) və Amerika Türkiyə Şurasının sədri Hovard Beyzi (Howard Beasey) də çıxış etdi.

  K.Çoksi ABŞ prezidenti D.Trampın tətbiq etdiyi sanksiyaların uzun perspektivdə ölkələrin öz iqtisadi maraqlarına zərər verəcəyini söyləyərək dedi: “ABŞ Ticarət Palatası sanksiyaların əleyhinədir. Qlobal müttəfiqləri uzaqlaşdıracaq siyasətlər Amerikanın milli maraqları üçün mənfi nəticələr doğura bilər”.

  Amerika Türkiyə Şurasının sədri Hovard Beyzi də Tramp rəhbərliyinin iqtisadiyyatdan siyasi cəzalandırma üsulu olaraq istifadə etdiyini vurğulayaraq dedi: “Sanksiya böhranı üzündən yüz milyonlarla dollar ABŞ-a qayıtmadı. Tərəflər problemi bundan artıq dərinə yuvarlatmadan keçməlidir”.



Әlaqәli Xәbәrlәr