Çavuşolğu, Sergey Lavrova minnətdarlığını bildirib

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, 10-su keçirilən Səfirlər konfransına qatılmaq üzrə Ankarada səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə bir araya gəlib.

1032213
Çavuşolğu, Sergey Lavrova minnətdarlığını bildirib

İki həmkar görüşdən sonra birgə mətbuat konfransı təşkil edib. Xarici İşlər naziri Çavuşoğlu mətbuata verdiyi açıqlamada, həmkarı Lavrova, Türkiyənin dəvətiylə səfirlər konfransında çıxış etməsi və özünə ünvanlanan suallara opyektiv cavablarına görə minnətdarlığını bildirdiyini qeyd edib. Mətbuat konfransından sonra qatılacaqları iş yeməyində isə həmkarı ilə ikitərəfli əlaqələri təhlil edəcəklərini ifadə edən Çavuşoğlu, son dəfə Rusiyada və Sinqapurda bir araya gəldiklərini xatırladıb və iki ölkə arasındakı əlaqəlirin hər sahədə güclənərək davam etdiyini vurğulayıb. Rus təbii qazını Türkiyə üzərindən Avropaya çatdıracaq Türk Akını və Akkuyu Nüvə Enerji stansiyası kimi layihələri həyata keçirmək üçün iki ölkə liderinin mütabiq qaldığı zəmində başladılan işlərin davam etdiyini deyib. "Viza rejiminə də işarə edən Çavuşoğlu: “ Rus vətəndaşlarının vizasız Türkiyəyə səyahətlərini yüksək qiymətləndiririk. Bu il Rusiyadan rekord sayda turist gəlib. Bundan xoşbəxtlik duyuruq. Ancaq Türk vətəndaşları da vizasız səyahət imkanına sahib olmalıdılar. Bunun bərpası üçün lazımlı işlər görülür və problemin həll olacağına inamım tamdır”

Son vaxtlarda Bəşər Əsəd rejimi və ona dəstək verənlərin dinç sakinlərə istiqamətli hüculmlarının artığını da xatırvladan nazir, terrora qarşı mübarizə çərçivəsində İdlibin bütövünü bombardman etmək, dinç sakinlərin təpəsinə bomba yağdırmaq, qığın olar deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr