Binəli Yıldırım:"Suriya və İraqdakı qeyri-sabitliyin aradan qaldırılması üçün ciddi iş aparırıq"
Türkiyə Baş naziri Binəli Yıldırım Suriya və İraqdakı qeyri-sabitliyin aradan qaldırılması üçün işlər aparıldığını bildirdi.
Türkiyənin Baş naziri Binəli Yıldırım Ankara Ticarət Palatasının (ATO) toplantısında iştirak etdi.
Toplantıda çıxış edən baş nazir Suriya və İraqdakı qeyri-sabit vəziyyətlə əlaqədar danışdı.
Yıldırım: "Türkiyə, Azərbaycan, Gürcüstan, buna İranı da daxil etmək olar. Suriya və İraqdakı qeyri-sabitliyin tezliklə aradan qaldırılması üçün Rusiyanın da daxil olduğu ciddi iş aparırıq. Bu işlərin bəzilərini narahat etdiyini də görürük. Minlərlə kilometr uzaqdan bu bölgəyə bu qədər maraq göstərilməsini başa düşmək çətindir" dedi.
Әlaqәli Xәbәrlәr
Türkiyənin terrorla mübarizəsi davam edir
İraqın şimalında və Suriyada bölücü terror təşkilatı PKK-nın 6 terrorçusu zərərsizləşdirilib.
MİT terror aktının məsul şəxslərindən birini Suriyada ələ keçirib
Onun Reyhanlı hücumunun planlaşdırıcıları arasında yer aldığı məlum idi