Almanya-Türkiyə münasibətlərindəki bəzi çətinliklər bu gün aradan qalxmış kimi görünür
Bunu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedən Türkiyə baş naziri Binəli Yıldırım bildirdi.
912129
Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedən Türkiyə baş naziri Binəli Yıldırım Türkiyədə həbsə alınan "Die Welt" qəzetinin müxbiri Dəniz Yücel azadlığa buraxıldıqdan sonra açıqlama verdi.
Almaniya-Türkiyə münasibətlərində müsbət irəliləyişlərin olduğunu bildirən Yıldırım bunları qeyd etydi: "Almanya-Türkiyə münasibətlərində ötən dövrdə meydana gələn bəzi çətinliklər bu gün aradan qalxmış kimi görünür. Daha da yaxşı olacaq. Bundan sonra qarşılıqlı şəkildə münasibətlərimizi inkişaf etdirəcək addımlar atacağıq. Bunu edərkən təbii ki, biz birliyimizi, bərabərliyimizi pozmağa yönəlmiş zərərli fəaliyyətlərə yol verilməməsini, terror təşkilatlarına tolerantlıq göstərilməməsini gözləyirik"