R.T.Әrdoğan: ''Türkiyә suriyalılara 30 milyard dollara yaxın yardım edib''
Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyәnin suriyalılara etdiyi yardımların tәxminәn 30 milyard dollar tәşkil etdiyini deyib.
857973

Rәcәb Tayyib Әrdoğan Ankarada yerlәşәn Beştәpә Millәt, Mәdәniyyәt vә Konqres Mәrkәzindә çıxış edib.
Dövlәt başçısı suriyalılara Təbii Fəlakətlər və Fövqəladə hallar İdarəsi- AFAD-ın vasitәsilә 2.3 milyard dollar , bәlәdiyyә xidmәtlәri olaraq 6 milyard dollar, qeyri-hökumət təşkilatları vasitəsilə də 1,2 milyard dollar vәsait ayrıldığını deyib.
Bundan başqa Türkiyə daxilindә vә xaricindә təhsil və səhiyyə xidməti dә verildiyini ifadә edәn dövlәt başçısı Suriyalılara yalnız dövlət orqanları, müəyyən qeyri-hökumət təşkilatlarının yardım etmədiyini əsl böyük köməyi Türk xalqının etdiyini qeyd edib.