Türkiyə tələbələri İtaliyadan mükafatla qayıtdılar
İtaliyanın paytaxtı Romada keçirilən konfrans çərçivəsində ali təhsilin keyfiyyəti, tələbə tələbə fəallığı, yaşıl universitetlər və qaçqınlar məsələsində universitetlərin görə biləcəkləri işlərlə bağlı panellər keçirilib.
Ankara Universitetinin (AÜ) Erasmus Tələbə Qrupu İtaliyada keçirilən IX Avropa Paytaxt Universitetləri Şəbəkəsi (UNICA) Tələbə Konferansında "Yaşıl Universitetlər" və "Qaçqınlar Məsələsində Universitetlərin Edə Biləcəkləri" forumlarında birinci olub.
Universitetdən verilən açıqlamaya görə, İtaliyanın paytaxtı Romada keçirilən konfrans çərçivəsində ali təhsilin keyfiyyəti, tələbə tələbə fəallığı, yaşıl universitetlər və qaçqınlar məsələsində universitetlərin görə biləcəkləri işlərlə bağlı panellər keçirilib.
Konfransda Ankara Universitetinin Fənn Elmləri və Sosial Elmlər institutları tələbələrindən Sərxan Koray Çifci, Həsən Qara və Şimal Gürkan, İqtisadiyyat fakültəsindən Esra Özdəmir və Qida Mühəndisliyi fakültəsindən Elif Kendir iştirak edib. Adı çəkilən tələbələrə konfransın son günü səsvermə ilə "Yaşıl Universitetlər" və "Qaçqınlar Məsələsində Universitetlərin Edə Biləcəkləri" forumlarında birincilik mükafatı təqdim olunub.
Tələbələri təbrik edən Ankara Universitetinin rektoru, professor Erkan İbiş universitetin 29 Avropa ölkəsindən 288 universitet və 550 dekanlıqla Erasmus müqaviləsi olduğunu nəzərə çatdıraraq deyib: "Bu il ilk dəfə olaraq Avropadan kənar dünya ölkələrilə də Erasmus proqramı həyata keçirmək üçün KA107 müraciəti olunub. Bunlardan Rusiya və Kuba universitetlərilə mübadilə imkanı əldə etmişik".
Әlaqәli Xәbәrlәr
Ömər Bolat Türkmənistanda səfərdədir
Türk şirkətləri bu günə qədər Türkmənistanda 1000-dən çox layihə həyata keçirib