Ərdoğan və Mirziyoyev birgə mətbuat konfransı keçirdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Hava Yollarının İstanbul-Səmərqənd reyslərinin martın 16-da başlayacağını bildirdirərək:" Bununla iki qardaş xalq bir-birinə daha da yaxınlaşma fürsəti əldə edəcək" dedi.

834440
Ərdoğan və Mirziyoyev birgə mətbuat konfransı keçirdilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə birgə mətbuat konfransı keçirdi.

Dövlət başçısı Mirziyoyevin ölkəsinə səfər etməsinə görə çox şad olduğunu ifadə etdi, təkbətək və heyətlərarası görüşlərin məhsuldar keçdiyini qeyd etdi, kənd təsərrüfatından tutmuş təhsil və mədəniyyətə qədər bir sıra sahədə əməkdaşlıq imkanlarından danışdı.

Ərdoğan 31,5 milyon əhalisi olan Özbəkistanın çox zəngin yeraltı və yerüstü mənbələri ilə strateji ölkə olduğunu vurğuladı, bu ölkənin dünyanın ən böyük 7-ci təbii qaz, 4-cü uran, 6-cı pambıq istehsalçısı olduğuna diqqət çəkdi, lakin iqtisadi və ticari əlaqələrin arzu edilən səviyyədə olmadığını qeyd etdi.

Prezident iki ölkə arasındakı ticarət həcminin 2016-cı ildə 1.2 milyard dollar olduğunu xatırlatdı, bu ilin 8 ayında isə 900 milyon dolları keçdiyi barədə məlumat verdi.

Ərdoğan:"Sabah İstanbulda keçiriləcək "Türk-Özbək İş Forumunun məhsuldar  keçəcəyinə inanıram. Turizm mövzusunda Daşkənd, Səmərqənd, Buxara bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu qədim şəhərlər bütün Türk dünyasında, İslam dünyasında özünəməxsus yer tuturlar" deyə danışdı.

Türk lideri Türk Hava Yollarının İstanbul-Səmərqənd reyslərinin martın 16-da başlayacağından xəbər verərək:" Bununla iki qardaş xalq bir-birinə daha da yaxınlaşma fürsəti əldə edəcək" dedi.

Qeyd edək ki, Türkiyə və Özbəkistan prezidentlərinin birgə mətbuat konfransından əvvəl  iki ölkə arasında müxtəlif sahələrə aid 20 müqavilə imzalanıb.

 

 

 



Әlaqәli Xәbәrlәr