Sultan Alparslanın geydiyi kəfən bu millətə liderlik edən hər bir kəsin üstündə olmuşdur

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muşda keçirilən "Anadolunun Fəthi Malazgirt 1071" yadetmə mərasimindəki çıxışı zamanı söylədi.

797289
Sultan Alparslanın geydiyi kəfən bu millətə liderlik edən hər bir kəsin üstündə olmuşdur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muşda keçirilən "Anadolunun Fəthi Malazgirt 1071" yadetmə mərasimində iştirak etdi.

 Mərasimdə çıxış edən Ərdoğan:"Sultan Alparslan, Sultan Qılıncarslan kimlərlə mübarizə edibsə, biz də 15 iyulda onlarla mübarizə etdik. Osmanqazi, Fatih Sultan Mehmet Xan, Əbdülhəmid-i Sanı Xan kimlərlə mübarizə aparıbsa, Qazi Mustafa Kamal kimlərlə mübarizə edibsə, biz də 15 iyulda onlarla mübarizə etdik .Oyun eyni, hədəf eyni. Yalnız ssenari, oyunçular fərqlidir. Bu oyunda FETÖ oyunçudur. PKK, YPG, PYD, DEAŞ və digər terror təşkilatları bir oyunçudurlar. Bunların hamısı gözünü vətənimizə dikən qüvvələrin istifadə etdiyi bir vasitədir. Bizim mübarizəmiz təkcə bu vasitələrə deyil, onlardan istifadə edənlərə qarşıdır" dedi.
 
Türkiyənin dövlət başçısı sözünə belə davam etdi:" Tarix boyu Anadolu dünyanın dörd tərəfinə hədəf olmuşdur.  Sultan Alparslanın Malazgirtdə geydiyi kəfən bu millətə liderlik edən hər bir kəsin üstündə olmuşdur ".



Әlaqәli Xәbәrlәr