“Türkiyǝ "Enerjinin İpək Yolu" hesab edilir”, R.T.Ərdoğan
Prezident Ərdoğan Dünya Neft Konqresindəki çıxışında: “Son 1-1,5 əsrdir güclü ölkə olmaq, enerji qaynaqlarına malik və ya bunların üzərində söz sahibi olmaqdan asılıdır".
Prezident Ərdoğan, İstanbul Konqres Mərkəzində təşkil edilən Dünya Neft Konqresindəki çıxışında: “Son 1-1,5 əsrdir güclü ölkə olmaq, enerji qaynaqlarına malik və ya bunların üzərində söz sahibi olmaqdan asılıdır. Qlobal qarşıdurmaların ǝsas sǝbǝbi hesab edilǝn enerji qaynaqları və daşındığı yollar üzərində hakimiyyət yaradmaq uğrundakı səylər, ümimiyyǝtdǝ daxili qarşıdurmalar, çevrilişlǝr və işğallar ilǝ nǝticǝlǝnir. Neft vǝ tǝbii qaz, mövcud olduğu ölkǝlǝrǝ rifah vǝ zǝnginlik bǝxş etmǝlidir. Lakin, neft ehtiyatları daha çox döyüş, qan və göz yaşı ilǝ xatırlanır. Biz Türkiyə olaraq indi olduğu kimi keçmişdǝ dǝ bu qaynaqların insanlığın dinclik və rifahına töhvǝ verǝcǝk tǝrzdǝ istifadǝ edilmǝsinin lazım gǝldiyi nǝzǝrindǝn müdafiǝ etdik. Bu düşüncǝ ilǝ atdığımız addımlara görǝ mədəniyyətlərin beşiyi hesab edilǝn Türkiyə daha enerji mütəxəssisləri tərəfindən enirjinin “İpək Yolu” olaraq adlandırılır. Ölkəmiz sahib olduğu imkanlarla, enerjinin dünyanın müxtǝlif ölkǝlǝrinǝ ixracatının, gərginlik və ixtilaf yox, sülh və rifah mǝnbǝyinǝ çevrilmǝsi üçün sǝy edir. Türkiyədəki iqtisadi böyümənin daimi ola bilmǝsi üçün enerjidə xaricə asılılığın azaldılması və yerli qaynaqlarının mǝhsuldar istifadǝ edilmǝsi zǝruridir. Qarşıdakı 10 il ǝrzindǝ enerjiyǝ olan tǝlǝb iki dǝfǝ artacaq. Bunu tǝmin etmǝnin ǝsas yolu isǝ 2023-ci ilə qədər elektrik istehsal hǝcmini artırmaqdır. Bunun üçün nǝhǝng layihǝlǝr hǝyata keçiririk. Nüvə enerji sahǝsindǝki sǝrmayǝ qoyuluşlarını sürǝtlǝndirdik. Akkuyu və Sinop Nüvə enerji stansiyalarının işǝ salanması, enerji ehtiyacımızın 10% tǝmin edǝcǝk. Rusiya ilə birlikdə hǝyata keçirdiyimiz Akkuyu layihǝsini milli sermaye dǝstǝyi ilǝ daha da güclǝndirdik. Sinop Layihəsi dǝ qıssa müddǝt dǝ hǝyata keçirilǝcǝk. G-20 sammitindǝ Yaponiya baş naziri Abe ilə bu layihǝ barǝdǝ danışıqlarımız oldu. Digǝr tǝrǝfdǝn ehtiyacımızı tǝmin etmǝkdǝ çǝtinlik çǝkmǝmǝk üçün illik təbii qaz istehlakının ən az 20%-ni anbarlarda saxlaya bilǝcǝk bir sistem inşa edirik. Bunu qıssa müddǝtdǝ hǝyata keçirǝcǝyik. Ən ǝhǝmiyyǝtli yeniliklərdən biri də enerji texnologiyalarının istehsalı ilǝ ǝlaqǝlidir. Türkiyəni bu sahǝdǝ dəyərli texnologiya istehsal edǝn bir enerji mǝrkǝzi mövqayinǝ qovuşdurmaq uğrunda lazımlı addımları atacayıq.
Әlaqәli Xәbәrlәr
Boluda baş verən yanğında 66 nəfər həyatını itirib
Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya yanğınla bağlı verdiyi açıqlamada bildirib...