THY-nin "Fly Good Feel Good" layihəsi sərnişinlərin komfortlu uçuşunu təmin edir

Türk Hava Yollarının yeni layihəsi "Fly Good Feel Good" uçuşöncəsi hazırlıqdan tutmuş kabin idmanınadək, yuxu rejimindən tutmuş yoqa və meditasiyayadək təyyarə səfərlərini rahatladacaq bir çox mövzuda sərnişinlərə bələdçilik edir.

746820
THY-nin "Fly Good Feel Good" layihəsi sərnişinlərin komfortlu uçuşunu təmin edir

Türk Hava Yollarının yeni layihəsi "Fly Good Feel Good"-un məqsədi sərnişinlərin hər cəhətdən rahat səyahətini təmin etməkdir.

 Layihə ilə uçuşöncəsi hazırlıqdan tutmuş kabin idmanınadək, yuxu rejimindən tutmuş yoqa və meditasiyayadək təyyarə səfərlərini rahatladacaq bir çox mövzuda sərnişinlərə bələdçilik edir.
 
 Layihənin ilk mərhələsində sərnişinlərin təyyarənin salonunda əyləncə sistemi vasitəsilə baxa biləcəyi  9 maarifləndirici videoçarx hazırlandı. Videoçarxlarda uçuş, körpə və uşaqlarla uçuş, uçuş zamanı qidalanma, hamiləlikdə təyyarə səfərləri, Jet -Lag təsirlərinin azaldılması, uçuş zamanı burun və qulaq tutulması hallarının qarşısının alınması, uçuş zamanı edilən  idman hərəkətləri  kimi fərqli mövzular ətrafında tövsiyyələr verilir.
 Daha sobra bu videçarxlara yeniləri əlavə olunacaq.
 
 "Fly Good Feel Good" layihəsi çərçivəsində "Flying Doctor" tətbiqi də həyata keçirilir. Könüllü şəkildə diplomlarını sistemdə qeydiyyatdan keçirən həkimlər səfərlərindən mil qazanacaq və uçuş əsnasında həkimə ehtiyac olduğu anda bu sistemə qeydiyyatlı həkimlərdən yardım istəniləcək.
 
 Layihə sərnişinlərin yalnız uçuş zamanı deyil, səfərlərinin sonunda da ehtiyacları olan detalları ehtiva edir.
 
  Layihəyənin  veb saytı, sosial media hesabları vardır.

THY-nın  "Lounge İstanbul" gözləmə zalında "Fly Good Feel Good" guşəsi hazırlanıb.
 
 Layihə ilə bağlı bütün məlumatlarıTHY-nin rəsmi internet saytı və "http://www.flygoodfeelgood.com" ünvanından əldə edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr