İstanbulun fəthinin 564-cü ildönümündə fərqli tədbir keçirildi
İstanbulun fəthinin 564-cü ildönümü fərqli bir tədbirlə qeyd olundu.
741359
İstanbulun fəthinin 564-cü ildönümü fərqli bir tədbirlə qeyd olundu.
İstanbulda tikinti işləri davam etdirilən və 2018-ci ildə üç uçuş-enmə zolağı ilə xidmətə açılacaq Dünyanın ən böyük hava limanında İstanbulun Fəthinin 564-cü ildönümünə həsr olunmuş min 453 yük maşını ilə xüsusi mərasim keçirildi.
Tədbir çərçivəsində min 453 maşın dayanmadan 3,2 km yol qət etdi.
Sabit sürətlə gedən maşınlar bu şəkildə “Ən uzun yük maşını paradı” kateqoriyasında rekord sınağı gerçəkləşdirdi.
Tədbir üçün 3 minə yaxın insan işlədi, hazırlıqlar 7 saat çəkdi.
1 saat 47 dəqiqə davam edən keçid mərasimi "Ginnesin rekordlar kitabı"na yazılmağa namizəddir.
Yük maşınları parad zamanı 3 km-dən çox yol qət etdilər.